Ana Sayfa > Karusel / Cəmiyyət > Gəncə hadisələrinin iştirakçılarından daha biri tutuldu - Moskvada

Gəncə hadisələrinin iştirakçılarından daha biri tutuldu - Moskvada


12-10-2018, 16:37. Yazar: sevinc1
Gəncə hadisələrinin iştirakçılarından daha biri tutuldu - Moskvada


Azərbaycanın sorğusu əsasında Gəncə hadisələrinə görə axtarışda olan daha bir nəfər Moskvada saxlanılıb.

BakuPost Rusiya KİV-nə istinadən xəbər verir ki, saxlanılan şəxsin adı açıqlanmır. Bildirilir ki, 34 yaşı var. O, terrorizm, hakimiyyətin zorla ələ keçirilməsi, dövlət əleyhinə çağırışlar və dövlət xadiminin həyatına qəsd ittihamı ilə bu ilin iyulundan axtarışda olub. Həmin şəxs Moskvanın arxitektor Vlasov küçəsində saxlanılıb.

İstintaq məlumatına görə, həmin şəxs Gəncə şəhərində baş verən iyul hadisələri ilə əlaqəlidir.

Onun saxlanılması ilə bağlı Azərbaycan tərəfi də məlumatlandırılıb. Artıq iki ölkənin müvafiq orqanları saxlanılan şəxsin ekstradisiyası məsələsini həll edirlər.


aia.az
Geri dön