Ana Sayfa > Siyasət / Aia TV / Karusel > Zakir Həsənov yeni prezidentlə görüşəcək (FOTO)
Zakir Həsənov yeni prezidentlə görüşəcək (FOTO)3-07-2015, 12:39. Yazar: admin |
Azərbaycan Respublikası müdafiə naziri general-polkovnik Zakir Həsənovun Latviyaya rəsmi səfəri başlayıb. Azərbaycan Respublikası müdafiə naziri Latviyaya rəsmi səfəri başlayıb. Nazirlikdən ANS PRESS-ə verilən məlumata görə, Litva Respublikasına rəsmi səfəri başa çatdıqdan sonra Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Latviya Respublikasına yola düşüb. Azərbaycanın Müdafiə naziri Latviya Respublikasının yeni seçilmiş prezidenti, iyulun 8-dən prezident vəzifələrinin icrasına başlayacaq hazırkı Müdafiə naziri Raymonds Veyonisin dəvəti ilə iyulun 3-dən və 4-dək Latviyada rəsmi səfərdə olacaq. Səfərdə bir sıra görüşlərin keçirilməsi, ikitərəfli hərbi əməkdaşlığın perspektiv istiqamətlərinin müzakirə edilməsi, təhlükəsizlik və müdafiə məsələlərinə dair fikir mübadiləsinin aparılması planlaşdırılır. İyulun ikisində Litvada rəsmi səfərdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənov orada bir sıra görüşlər keçirib. Litva Hərbi Məktəbini ziyarət edən Müdafiə naziri təhsil müəssisəsi ilə tanışlıqdan sonra keçirilən görüşdə ölkələrimizin hərbi təhsil sahəsində əməkdaşlığının genişləndirilməsi istiqamətində böyük imkanların olması, qarşılıqlı təcrübə mübadiləsinin inkişaf etdirilməsi, müxtəlif mövzularda seminarların, kursların və digər tədbirlərin təşkil edilməsi barədə fikir mübadiləsi aparıb. Sonra Müdafiə naziri general-polkovnik Z.Həsənov NATO Enerji Təhlükəsizliyi Mərkəzində olub. Müdafiə nazirinə mərkəzin təyinatı, məqsədi, fəaliyyəti, enerji təhlükəsizliyi sahəsində keçirilən tədbirlər, planlaşdırılan işlər barədə ətraflı məlumat verilib. Müdafiə naziri beynəlxalq sülhyaratma əməliyyatlarına Azərbaycanın dəstəyini, ölkəmizin hər zaman terrora və separatizmə qarşı qəti mövqe nümayiş etdirdiyini diqqətə çatdırıb. Hər iki görüşdə ölkələrimiz arasındakı əlaqələrin genişləndirilməsi mövzusu müzakirə edilərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verilib. İyulun 2-də Litva Respublikasında səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov 1991-ci ildə keçmiş sovetlər birliyindən ayrılaraq Litvanın müstəqillik qazanması uğrunda mübarizədə şəhid olanların xatirəsinə ucaldılmış Müstəqillik abidəsini ziyarət edərək önünə əklil qoyub. Sonra Müdafiə naziri general-polkovnik Zakir Həsənov Litva Respublikasının Baş naziri cənab Algirdas Butkeviçius ilə görüşüb. Görüşdə hər iki ölkə arasında əlaqələrin bütün istiqamətlər üzrə müvəffəqiyyətlə inkişaf etdiyi vurğulanıb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verilib. İkitərəfli əməkdaşlıq sahəsində yaxşı təcrübənin mövcudluğunu qeyd edən Müdafiə naziri qarşılıqlı əlaqələrin genişləndirilməsinin ölkələrimiz üçün faydalı olduğunu xüsusi vurğulayıb. Müdafiə naziri çıxışında bildirib: "Biz əminik ki, ölkələrimiz arasında məsləhətləşmələrin aparılması və əməkdaşlığın genişləndirilməsi Avrasiya məkanında sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə öz töhfəsini verəcəkdir". Tərəflər beynəlxalq terrorizm, ekstremizmin bütün növləri, təcavüzkar separatizm və digər bu kimi beynəlxalq təhlükəsizlik və sabitliyə təhlükə törədən ümumi təhdidləri pisləyib və onlara qarşı mübarizədə beynəlxalq səylərin artırılmasının zəruriliyini xüsusi qeyd ediblər. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb. Müdafiə naziri Zakir Həsənov (sağda), Litvanın baş naziri Algirdas Butkeviçius (solda) Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Litva Respublikasına rəsmi səfəri uyulun 1-də başlayıb. Müdafiə naziri general-polkovnik Z.Həsənov Litvanın Milli Müdafiə naziri cənab Yuozas Olekas ilə görüşüb. Rəsmi qarşılanma mərasimində protokola uyğun olaraq Müdafiə nazirləri fəxri qarovulun önündən keçiblər. Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra nazirlərin təkbətək görüşü olub. Təkbətək görüşdən sonra nazirlərin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. Görüşdə regional təhlükəsizlik, Silahlı Qüvvələrin inkişafı və ölkələrimiz arasında hərbi əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib. Litva Respublikasına rəsmi dəvətə və qonaqpərvərliyə görə minnətdarlığını bildirən Azərbaycanın Müdafiə naziri litvalı həmkarına Cənubi Qafqaz regionundakı hərbi-siyasi vəziyyət, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, qaçqın və məcburi köçkünlərin vəziyyəti barədə ətraflı məlumat verib. General-polkovnik Z.Həsənov bildirib: “Bəzi dövlətlər və qurumlar tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həll olunmasına yanaşmada ikili standartların tətbiqi bizi çox narahat edir. Ancaq hamıya bəlli olmalıdır ki, dövlətimizin başçısı cənab İlham Əliyevin dəstəyi ilə Azərbaycan bu gün güclü və qüdrətli, müasir silahla təchiz olunmuş orduya malikdir. Azərbaycan ordusu işğal olunmuş torpaqları istənilən an azad etməyə hazırdır və qadirdir. Heç kim buna şübhə etməməlidir. Bu, yalnız vaxt məsələsidir. Sülh tərəfdarı olan dövlətlər, o cümlədən bizə dost olan Litva Respublikası təcavüzkara qarşı qəti mövqe nümayiş etdirib işğalçı qüvvələrin qeyd-şərtsiz Azərbaycan ərazisindən çıxarılmasını tələb etməlidirlər”. Sonra Azərbaycan ilə Litva arasında qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb. Müdafiə naziri Zakir Həsənov fəxri qarovulun önündən keçir Geri dön |