Ana Sayfa > Siyasət > Ziyafət Əsgərov deputatlara İRAD tutdu: “Zalda səs-küy var!”
Ziyafət Əsgərov deputatlara İRAD tutdu: “Zalda səs-küy var!”12-10-2018, 16:14. Yazar: sevinc1 |
Parlamentin bu gün keçirilən iclasında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deputatları səs verməyə çağırıb. Modern.az-ın məlumatına görə, “Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanunun səsverməsi zamanı iclasa sədrlik edən Ziyafət Əsgərov yetərsayın olmadığını bildirib. O, deputatları yenidən səsvermədə iştirak etməyə çağırıb. Birinci vitse-spiker daha sonra iclas zalındakı səs-küyə görə də deputatlara irad tutub: “Zalda səs-küy var. Xahiş edirəm sakitliyə riayət edək!”. Milli Məclisin bugünkü iclasına Ziyafət Əsgərov sədrlik edir. aia.az Geri dön |