Ana Sayfa > Karusel / Gündəm > Azərbaycana ikimərtəbəli qatarlar gətirildi

Azərbaycana ikimərtəbəli qatarlar gətirildi


12-10-2018, 10:48. Yazar: sevinc1
Azərbaycana ikimərtəbəli qatarlar gətirildi


"Bakı-Gəncə qatarları bu ilin sonunda işə düşəcək. Sürət qatarı həm adi, həm də VIP otaqlara malik vaqonlardan ibarət olacaq”.

aia.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib.

Onun sözlərinə görə, bu marşrut üçün nəzərdə tutulmuş ikimərtəbəli qatarlar artıq Bakıdadır:

"Həmin qatarlarda sərnişinlərə həm adi, həm də xüsusi xidmət göstərilməsi üçün vaqonlar var. Hər vaqonun özünün ayrıca sanuzeri, xüsusi soyuducusu var. İçindəki su sərnişinlər üçün nəzərdə tutulur. Vaqonların başında kiçik mətbəxlər yerləşdiriləcək. Mətbəxlərdə yüngül yeməklərin verilməsini təmin edəcəyik. Vaqonlarda "Wi-Fi” quraşdırılacaq””.

Sədr qeyd edib ki, qatarın 159km/saat sürəti sınaqdan keçirilib:

"Gətirilmiş qatarların sürət yığma qabiliyyəti isə300km/saata qədərdir. Ancaq bugünkü imkanı150-160km/saata qədərdir. Hələlik dəmir yollarının kənarı tam bağlanmayıb. Bütün ölkə üzrə təhlükəsiz keçidlər təmin edilməyib. Ona görə də problemlər həll olunduqdan sonra biz sürəti qaldırmağa çalışacağıq".(modern.az)



aia.az
Geri dön