Ana Sayfa > Manşet / Dünya > Suriyadakı S-300 raketlərini iranlılar idarə edir - İsrail QƏZƏBLƏNDİ

Suriyadakı S-300 raketlərini iranlılar idarə edir - İsrail QƏZƏBLƏNDİ


12-10-2018, 09:44. Yazar: sevinc1
Suriyadakı S-300 raketlərini iranlılar idarə edir - İsrail QƏZƏBLƏNDİ


İsrailin hərbi xəbərlər üzrə ixtisaslaşan DEBKAfile portalı ciddi iddia ilə çıxış edib.

Modern.az xəbər verir ki, hərbi portal rusların Suriyada yerləşdirdiyi S-300 zenit-raket kompleksinin iranlı hərbi mütəxəssislər tərəfindən idarə olunduğunu bildirib.

Ehtimal olunur ki, Rusiya idarəetməni iranlılara verməklə öz hərbiçilərinin təhlükəsizliyini təmin etməyə çalışır. Artıq Tehrandan əlavə hərbi ekspertlərin gətirildiyi xəbər verilir.

İsrail rəsmilərinin bundan narazı qaldıqları və baş nazir Netanyahunun bu məsələni birbaşa Putinlə müzakirə etdiyi də portalın verdiyi xəbərlər sırasındadır.

aia.az
Geri dön