Ana Sayfa > Manşet / İdman > “Çox vacib qələbə idi” - Qurban Qurbanov
“Çox vacib qələbə idi” - Qurban Qurbanov12-10-2018, 09:42. Yazar: sevinc1 |
"Bizim üçünçox vacib qələbə idi”. BakuPost xəbər verir ki,bu sözləri UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Torsvollur stadionunda keçirilmiş Farer adaları - Azərbaycan oyunundan sonra milli komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfrasında deyib. "Futbolçularımı təbrik edirəm. Bizim üçün çox vacib qələbə idi. Oyunöncəsi mətbuat konfransında heç bir çətinlik haqda düşünməməliyik, demişdim. Amma bu gün çətinlik həddən artıq çox oldu. Buna baxmayaraq, lazımi xarakter göstərdik. Oyuna aktiv başlamaq istəyirdik. Lakin meydan sahibləri azarkeşlərin dəstəyi ilə irəli atıldılar və ilk dəqiqələrdən qol vurmağa çalışdılar. Biz isə texniki səhvlərə yol versək də, tədricən oyunu ələ almağa və qollar vurmağa başladıq. Rəqib uduzsa da, ciddi müqavimət göstərdi”, - Qurbanov bildirib. "Üç gündən sonra bizi vacib oyun gözləyir. Çətin səfərdən sonra hazırlığı bərpa edib, Malta ilə oyuna ən vacib matç kimi çıxmalıyıq. Qrupumuzda istənilən komanda qələbə qazanmağa qadirdir”, - Qurbanov qeyd edib. aia.az Geri dön |