Ana Sayfa > İqtisadiyyat > Dünya ölkələri atom enerjisindən imtina edir – investisiyalar 45 azalıb

Dünya ölkələri atom enerjisindən imtina edir – investisiyalar 45 azalıb


11-10-2018, 15:40. Yazar: sevinc1
Dünya ölkələri atom enerjisindən imtina edir – investisiyalar 45 azalıb



2017-ci ildə atom enerjisinə qlobal investisiyalar inişilki göstərici ilə müqayisədə 45 faiz azalaraq 17 milyard dollar təşkil edib.

Trend-in məlumatına görə, buna dünyada atom elektrik stansiyasından (AES) itmina tendensiyasının artması da səbəb olub.

Ötən il dünya energetika sahəsinə investisiyaların ümumi həcmi 1,8 trilyon dollar (2 faiz az) təşkil edib. Planetdə yeni AES-lərin tikintisinə ayrılan sərmayələr isə 70 faiz azalıb.

Qeyd edək ki, bir çox ölkələr 2011-ci ilin yazında Yaponiyada "Fukusuma-1" AES-dəki qəzadan sonra atom enerjisinə etibar etmirlər.

Məsələn, Almaniya AES-lərdən tamamilə imtina etmək qərarına gəlib. İsveçrədə referendumun yekununa əsasən yeni stansiyaların inşası qadağan olunub. Fransa atom energetikasından asılılığını azaltmaq niyyətindədir. Oxşar proseslər Asiyada da gedir: Tayvan 2025-ci ilədək AES-lərdən tam imtina edəcək, Cənubi Koreyada isə onların istifadəsinə ciddi məhdudiyyətlər tətbiq olunur.

aia.az
Geri dön