Ana Sayfa > Karusel / Ölkə > Dini Komitə şagirdin intihar cəhdi ilə bağlı araşdırma aparacaq
Dini Komitə şagirdin intihar cəhdi ilə bağlı araşdırma aparacaq11-10-2018, 13:51. Yazar: sevinc1 |
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Bakıda valideynlərinin hansısa dini təriqətin təsiri altında olduğu deyilən şagirdin özünü məktəb binasının 3-cü mərtəbəsindən atması ilə bağlı araşdırma aparacaq. aia.az xəbər verir ki, bu barədə Trend-ə Dövlət Komitəsindən məlumat verilib. Qurumdan bildirilib ki, bu barədə komitədə hələ rəsmi məlumat yoxdur: "Amma Dövlət Komitəsi tərəfindən bu məsələ araşdırılacaq". Qeyd edək ki, Bakıda 302 nömrəli məktəbin 3-cü sinif şagirdi oktyabrın 10-u saat 08:48 radələrində, tənəffüs zamanı məktəbin 3-cü mərtəbəsinə qaçaraq özünü pəncərədən atmaq istəyib. Məktəbdən verilən məlumata görə, şagirdin valideynləri dini təriqətin təsiri altındadırlar. aia.az Geri dön |