Ana Sayfa > Gündəm / Siyasət / Aia TV / Karusel > Müdafiə Nazirliyi düşmənə sarsıdıcı zərbələrin anonsunu verdi
Müdafiə Nazirliyi düşmənə sarsıdıcı zərbələrin anonsunu verdi18-12-2015, 15:31. Yazar: admin |
İşğalçılara rəhm olunmayacaq. Ermənistan silahlı qüvvələri bölmlərinin xüsusi hazırlıq keçmiş təxribat dəstələrinin cəbhənin müxtəlif istiqamətlərində mövqelərimizə basqın etmək cəhdlərinin qarşısı Azərbaycan əsgəri tərəfindən qətiyyət və uğurla alınır. Hər dəfə canlı qüvvə sarıdan iki-üç qat döyüş itkisi verən düşmən tərəf, höcət məxluq kimi eyni palçığa dəfələrlə batmaqdan bezmir. “İkrah doğurucu isə odur ki, xeyli sayda itkilərini gizlətdiyi halda, uğursuzluğa düçar olduğunu ört-basdır etməkdən ötrü dərhal Ermənistanın Müdafiə Nazirliyi əvvəlcədən eyni ssenari əsasında hazırlanmış yalan xəbərləri yaymaqdan belə çəkinmir. Azərbaycan əsgərinin cəsarəti, igidliyi və silahının gücü hesabına düşmən həmişə olduğu kimi, yenə də layiq olduğu cavabı alacaq, ona qarşı daha ciddi tədbirlər görüləcək, sarsıdıcı zərbələr endirələcəkdir. Erməni tərəfi torpaqlarımızı tərk etməli olduğunu anlayana qədər itkilərə məruz qalacaqdır”, - deyə, Azərbaycan MN xəbərdarlıq edir. Geri dön |