Ana Sayfa > Karusel / Cəmiyyət > Yol polisinin oğlu ağır qəzada öldü - VİDEO

Yol polisinin oğlu ağır qəzada öldü - VİDEO


10-10-2018, 10:44. Yazar: sevinc1
Yol polisinin oğlu ağır qəzada öldü - VİDEO


Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.



aia.az "Report"a istinadən məlumat verir ki, Sumqayıt -Abşeron bürosunun məlumatına görə, Sumqayıtdan Bakı istiqamətində hərəkətdə olan 99-RA-025 dövlət nömrə nişanlı, "Hyundai-Sonata" markalı avtomobil idarəetmdən çıxaraq yolun kənarındakı dəmir arakəsmələrə çırpılıb.



Hadisə zamanı avtomobildə olan sərnişin, 24 yaşlı Məmmədov Elvin Mikayıl oğlu dünyasını dəyişib. Sürücü isə ağır yaralanıb.



Qeyd edək ki, qəzada dünyasını dəyişən gənc Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı Mikayıl Məmmədovun oğludur.



Məlumata görə, Elvin Məmmədovun bu yaxında toyu olub.



Faktla bağlı araşdırma aparılır.

aia.az


Geri dön