Ana Sayfa > Dünya > İran qəzet kağızı və dəftərlərin ölkəyə gətirilməsini qadağan etdi
İran qəzet kağızı və dəftərlərin ölkəyə gətirilməsini qadağan etdi10-10-2018, 09:52. Yazar: sevinc1 |
İranın Sənaye, Mədən və Ticarət Nazirliyi yerli bazarı tənzimləmək məqsədilə hər növ taxta və ağac materiallarının ixracını qadağan edib. Trend-in məlumatına görə, müxtəlif ağac materialları, neopan xammalından başqa, həmçinin qəzet kağızı və dəftərlər də daxil olmaqla kağız məmulatlarının ixracı qadağan olunub. Xarici valyuta bazarında qeyri-stabillik, bəzi məhsulların qiymətinin bahalaşması, eləcə də bəzi şəxslərin mövcud şəraitdən sui-istifadə etməsi nəticəsində, kabinet, mebel və yataq dəstlərinə aid olan ağac məhsullarında bahalaşma qeydə alınıb. Statistikaya görə, ölkədə ildə təxminən 1 milyon 700 min kvardrat-metr MDF istehsal olunur və nazirlik 2 milyon 500 min kvadrat-metr MDF-in istehsalını məqsəd götürüb. Bununla belə, ölkənin ağac materialı sənayesinin bir hissəsi idxalla təmin olunur. aia.az Geri dön |