Ana Sayfa > Gündəm / Parlament / Aia TV / Karusel > Ermənistanda rusiyalı hərbçinin məhkəməsi başladı

Ermənistanda rusiyalı hərbçinin məhkəməsi başladı


18-12-2015, 15:20. Yazar: admin

Gümrüdə Avetisyan ailəsi qətlə yetirilmişdi.

Ermənistanda Avetisyan ailəsinin rusiyalı hərbçi Valeri Permyakov tərəfindən qətlə yetirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Aia.az bu barədə Oxu.Az-a istinadən xəbər verir.

Məhkəmə iclası Gümrüdə Rusiyanın 102-ci hərbi bazasının ərazisində keçirilir.

Xatırladaq ki, yanvarın 12-də Gümrüdə altı nəfərdən ibarət Avetisyan ailəsi qətlə yetirilib, yaralanmış körpə isə bir həftə sonra xəstəxanada vəfat edib.

Cinayətin törədilməsində şübhəli bilinən rusiyalı hərbçi, müddətdən artıq xidmət edən əsgər Valeri Permyakov həmin gün Türkiyə ərazisinə keçməyə cəhd edərkən sərhədçilər tərəfindən saxlanılıb. Silahla fərariliyə görə hərbi qarnizon məhkəməsi Permyakovu on il müddətinə həbs cəzasına məhkum edib.

Ermənistanın İstintaq Komitəsi oktyabrın 16-da Permyakova qarşı yeni ittihamlar irəli sürüb.

Dəlillərə əsasən, Permyakova qarşı “soyğunçuluq”, “qanunsuz daxil olma”, “dövlət sərhəddini qanunsuz keçməyə cəhd” maddələri üzrə ittihamlar irəli sürülüb.
Geri dön