Ana Sayfa > Manşet / Ölkə > Elmar Vəliyevin “sağ əlinə” cinayət içi açıldı - 100 min dollarlıq ittiham
Elmar Vəliyevin “sağ əlinə” cinayət içi açıldı - 100 min dollarlıq ittiham9-10-2018, 14:54. Yazar: sevinc1 |
Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin sabiq rəisi, Elmar Vəliyevin "sağ əli” kimi tanınan Məharət Mustafayevə cinayət işi açılıb. BakuPost.az xəbər verir ki, Gəncə şəhər İcra Hakimiyyətinin yeni başçısı Niyazi Bayramov tərəfindən işdən azad olunmuş Məharət Mustafayevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vətəndaşlardan müxtəlif məbləğlərdə pul toplaması və digər əməlləri ilə bağlı Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edilib. Müraciətlərə görə idarəyə çağırılan sabiq memara cinayət işi açılıb. Lakin hələlik həbs olunmayıb. Məlumata görə, onun məsuliyyətə cəlb olunmasında yeni icra başçısı da maraqlıdır. Çünki zərərçəkən sakinlər İcra Hakimiyyətinə gələrək kömək istəyirlər. Kimisi Məharət Mustafayevdən torpaq aldığını, lakin buna görə müvafiq sənədlərin verilmədiyini, kimisi pulu ödəsə də tikinti üçün torpaq ayrılmadığını, kimisi də satılmış torpağa görə verilən sənədlərdə ciddi uyğunsuzluqların olduğunu iddia edir. Şikayətçilər arasında daha böyük məbləğlərdə vəsaitdən məhrum olmuş iş adamları da var. BakuPost cinayət işinin konkret kimlərin ərizəsi əsasında açıldığını da müəyyən edib. Məlum olub ki, cinayət işi Tutu Əhmədova, Eynulla Kərimov, Asim Kazımov və digərlərinin şikayəti əsasında açılıb və cinayət işi üzrə müəyyən istintaq hərəkətləri də aparılıb, M.Mustafayev bir neçə dəfə Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağrılıb. Şikayətçilər iddia edirlər ki, M.Mustafayev onlara torpaq sahəsi ayıracağı adı altında müxtəlif məbləğlərdə pul alıb, lakin nə vəd olunmuş torpaq verilib, nə də pul geri qaytarılıb. Şikayətçilərdən T.Əhmədova Rusiya vətəndaşıdır və Baş Prokurorluğa yazdığı şikayətdə M.Mustafayevin ondan 100 min dollar aldığını bildirib. aia.az Geri dön |