Ana Sayfa > Karusel / Parlament > “Lotu Quli” Rusiyaya ekstradisiya oluna bilər
“Lotu Quli” Rusiyaya ekstradisiya oluna bilər9-10-2018, 11:25. Yazar: sevinc1 |
Türkiyədə saxlanılan məşhur azərbaycanlı kriminal avtoritet “Lotu Quli” ləqəbli Nadir Səlifov Rusiayaya ekstradisiya oluna bilər. Bu barədə Modern.az-a əvvəllər onun hüquqlarını müdafiə etmiş və adının çəkilməsini istəməyn vəkillərdən biri məlumat verib. Vəkil N.Səlifovun Azərbaycana ekstradisiya olunması üçün səbəb olmadığını, onun Rusiya hüquq-mühafizə orqanlarının sorğusu əsasında saxlanıldığını deyib. Məlumata görə, o, hədə-qorxu yolu ilə pul tələb etməkdə günahlandırılır. Digər məlumatlarda bildirilir ki, “Lotu Quli” İstanbul polisi tərəfindən sorğu-sual edildidikdən sonra sərbəst buraxıla bilər. Qeyd edək ki, N.Səlifov 2017-cilin oktyabrında Azərbaycanda azadlığa buraxılmışdı. O vaxtdan Türkiyədə yaşamağa başlayıb. aia.az Geri dön |