Ana Sayfa > Manşet / Dünya > İnterpol prezidenti istefa verdi
İnterpol prezidenti istefa verdi8-10-2018, 09:50. Yazar: sevinc1 |
İnterpolun qanunu pozmaqda şübhəli bilinərək Çində saxlanılan prezidenti Men Hunvey istefa verib.Bu barədə İnterpolun "Twitter" səhifəsinə məlumat yerləşdirilib. "Bu gün, oktyabrın 7-də, İnterpolun Fransanın Lion şəhərindəki Baş Katibliyi cənab Men Hunveydən İnterpol prezidenti postundan istefa verməsi barədə ərizə daxil olub, o dərhal qüvvəyə minir", - deyə məlumatda bildirilir. Hazırda Cənubi Koreya vətəndaşı Kim Yonq Yanq prezidentin vəzifələrinin icraçısı təyin edilib. Yeni prezident noyabrda Dubayda Baş Assambleyanın iclasında seçiləcək. Qeyd edək ki, 2016-cı ildə 64 yaşlı Men Hunvey İnterpola rəhbər təyin edilib. O, buna qədər Çinin İctimai Təhlükəsizlik Nazirliyində çalışıb. aia.az Geri dön |