Ana Sayfa > Qərbi Azərbaycan > Deputatdan avtobus sürücülərinə sərt TƏNQİD: “Necə istəyirlər, elə də sürürlər”
Deputatdan avtobus sürücülərinə sərt TƏNQİD: “Necə istəyirlər, elə də sürürlər”6-10-2018, 16:00. Yazar: sevinc1 |
Azərbaycanda bəzi sahələr var ki, onlarda qanunvercilikdə nəzərdə tutulmuş qaydada çox ciddi nizam-intizam olmalıdır. Yəni, əmək intizamı dürüst olmalı, həmin təşkilatlar nizamnamədən irəli gələn tələbləri düzgün yerinə yetirməlidir. Bildiyimz kimi, sərnişindaşıma ilə bağlı son dövrlər ölkə başçısı bir neçə sərəncamlar verib. Yeni qurumlar yaranıb. Hazırda sərnişindaşımaya nəzarət edən orqan var. Bu orqanlar isə intizamı çox ciddi şəkildə gözləməlidirlər”. aia.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli deyib. Deputat hesab edir ki, sərnişindaşımaya nəzarət edən orqan və təşkilatlar qayda-qanun yaratmalıdırlar. "Hər kəs bilir ki, tikintidə işə başlamazdan əvvəl texniki təhlükəsizliklə bağlı sənədə imza çəkdirirlər. Bundan əlavə, işçilərə bir neçə məsələ ilə bağlı xəbərdarlıq edirlər. Elə də sürücülərə hər gün təlim keçirilməlidir. Müəyyən məsələlərlə əlaqədar xəbərdarlıqlar etmək lazımdır. Təhlükəszilik qaydalarına riayət etmək, sərnişinlərlə necə rəftar etmək qaydalarını öyrətmək lazımdır”. Deputat dəfələrlə avtobus sürücülərinin səhlənkarlığının şahidi olub. "Bəzi avtobus sürücüləri avtomobili necə istəyirlərsə elə də sürürlər. Hətta istədikləri yerdə dayanırlar. Nizam-intizam qaydalarına əməl etmirlər. Mən 10 il əvvəl Ukraynada olanda diqqətimi bir məsələ çəkmişdi. Tıxac zamanı maşınlar sıra ilə düzülmüşdü. Ancaq bir nəfər də olsun ötmə əməliyyatının qanunsuz çəkildə həyata keçirmirdi. Bizim sürücülərimizə də bunlar izah olunmalıdır”. T.Kərimli deyib ki, Azərbaycanda avto qəzaların sayı günü-gündən artır. "Bu qəzaların səbəbi isə sürücülərin yol-hərəkəti qaydalarını bilməməsindən irəli gəlir. Onda sual olunur ki, yol-hərəkəti qaydasını bilməyən, sürücülüyü tam bacarmayan adamlar bu vəsiqəni necə alıblar? Hansı qaydada alıblar? Necə imtahan veriblər? Biz dünyada yeganə xalqıq ki, pul veririk ki, uşağımız oxumadan diplom alsın, sürücülük qaydalarını bilmədən vəsiqə alsınlar vəs. Azərbaycanda maşınların sayı 1 milyon yarıma çatıb. Hesab edirəm ki, yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı tək maarifləndirici tədbirlər deyil, müəyyən məsuliyyət tədbirləri də həyata keçirilməlidir”. aia.az Geri dön |