Ana Sayfa > Karusel / Gündəm > Ramil Usubov iki polis rəisinin yerlərini dəyişdi

Ramil Usubov iki polis rəisinin yerlərini dəyişdi


6-10-2018, 15:06. Yazar: sevinc1
Ramil Usubov iki polis rəisinin yerlərini dəyişdi


Daxili İşlər naziri Ramil Usubovun sərəncamı ilə Qusar rayon Polis Şöbəsinin rəisi Zaur Bədəlov Naftalan Polis Şöbəsinə rəis göndərilib.

aia.az Axar.az-a istinadən xəbər verir ki, nazirin digər sərəncamı ilə Naftalan Şəhər Polis Şöbəsinin rəisi Ziya Əliyev Qusar Rayon Polis Şöbəsinə rəis təyin edilib.

Xatırladaq ki, Z.Bədəlov bundan öncə Səbayıl RPİ-nin 41-ci PB-nin rəisi işləyib. O, 2016-cı ilin avqustunda Qusar RPŞ-yə rəis göndərilmişdi.

Maraqlıdır ki, hazırda Qusar RPŞ-nə rəsi təyin edilən Ziya Əliyev Naftalana rəis göndərilməzdən öncə Qusar RPŞ-nin bölmə rəisi işləyib. O, 2016-cı ilin sentyabrında Naftalan ŞPŞ-nə rəis təyin edilmişdi.

aia.az
Geri dön