Ana Sayfa > Karusel / Siyasət > Oqtay Əsədov Avrasiya ölkələrinin parlament sədrləri ilə görüşəcək
Oqtay Əsədov Avrasiya ölkələrinin parlament sədrləri ilə görüşəcək6-10-2018, 12:45. Yazar: sevinc1 |
Milli Məclisinin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 8-9-da Türkiyənin Antalya şəhərində səfərdə olacaq. Modern.az-ın məlumatına görə, səfərdə məqsəd Avrasiya ölkələri parlament sədrlərinin 3-cü görüşündə iştirak etməkdir. Tədbirə 40-dan çox ölkənin parlament nümayəndələri və bir sıra beynəlxalq təşkilatların təmsilçiləri qatılacaqlar. Toplantıda “Avrasiyada iqtisadi əməkdaşlıq, ətraf mühit və davamlı inkişaf” mövzusunda müzakirələr aparılacaq. Mövzu ilə əlaqədar Milli Məclisin sədri çıxış edəcək. O.Əsədovun tədbirdə iştirak edən nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri nəzərdə tutulub. Nümayəndə heyətinin tərkibinə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputatlardan Xanlar Fətiyev, Ağalar Vəliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir. aia.az Geri dön |