Ana Sayfa > Karusel / Qərbi Azərbaycan > Bakıda özəl klinikada ölüm hadisəsi – CİNAYƏT İŞİ AÇILDI

Bakıda özəl klinikada ölüm hadisəsi – CİNAYƏT İŞİ AÇILDI


5-10-2018, 09:38. Yazar: sevinc1
Bakıda özəl klinikada ölüm hadisəsi – CİNAYƏT İŞİ AÇILDI


Bakıda klinikada ölüm hadisəsi baş verib.



aia.az "Trend"ə istinadən məlumat verir ki, hadisə "Elmed" Klinikasında baş verib.



1963-cü il təvəllüdlü Əliyev Himayil Əli oğlu oktyabrın 4-də səhər saat 11 radələrində "öd daşı və kəskin kalkulyoz" diaqnozu ilə "Elmed" Klinikasına daxil olub və əməliyyata götürülüb.



H.Əliyev əməliyyatdan sonra həmin gün axşam saat 21 radələrində dünyasını dəyişib.



Ölümün səbəblərini müəyyənləşdirmək üçün meyit Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizasına təqdim edilib.



Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsilə cinayət işi başlanıb.

aia.az
Geri dön