Ana Sayfa > Manşet / Ölkə > Yol polisi Bakıda yük maşınlarına qadağa qoydu

Yol polisi Bakıda yük maşınlarına qadağa qoydu


4-10-2018, 17:19. Yazar: sevinc1
Yol polisi Bakıda yük maşınlarına qadağa qoydu


Bakıda çəkisi 5 tondan çox olan yük avtomobillərinin gündüz vaxtı hərəkətinə məhdudiyyət qoyulub. Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik-leytenant Rüfət Quliyev Modern.az-a bildirib ki, bu, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə 2015-ci ilin 30 iyun tarixli qərarından sonra edilib.

Qərarda deyilir ki, paytaxtda sıxlığın azaldılması məqsədilə xüsusi təyinatlı, qəza-bərpa, xilasedici və kənd təsərrüfatı məhsullarını daşıyan hər növ nəqliyyat vasitələri istisna olmaqla, icazə verilən maksimum kütləsi 5 tondan artıq olan yük avtomobillərinin gündüz vaxtı Bakı şəhərində hərəkəti məhdudlaşdırılıb.

Belə ki, oktyabrın 1-dən mayın 1-dək yük avtomobili sürücüləri səhər 7:30-dan axşam 20:00-dək Bakıya daxil ola bilməyəcək.

Baş Dövlət Yol Polisi İdarəsi idarə, müəssisə və fiziki şəxslərə məxsus kütləsi 5 tondan artıq olan yük avtomobillərinin sürücülərinə tövsiyə edir ki, yollarda hər hansı problemlə üzləşməmək üçün qeyd olunan vaxt rejiminə əməl etsinlər.

aia.az
Geri dön