Ana Sayfa > Karusel / Cəmiyyət > Bakı Lift İdarəsinin qalmaqallı rəisinə CİNAYƏT İŞİ AÇILDI

Bakı Lift İdarəsinin qalmaqallı rəisinə CİNAYƏT İŞİ AÇILDI


4-10-2018, 14:28. Yazar: sevinc1
Bakı Lift İdarəsinin qalmaqallı rəisinə CİNAYƏT İŞİ AÇILDI


Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyində yol verilmiş qanun pozuntuları ilə bağlı cinayət işi başlanıb.

aia.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov “Report”a açıqlamasında bildirib ki, fakt üzrə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə - xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

Baş prokurorun təqdimatı əsasında “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov tutduğu vəzifədən azad olunub. Hazırda həmin müəssisədə müvafiq yoxlamalar aparılır.

E.Sultanov əlavə edib ki, Q.Şükürovun ölkəni tərk etməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Xatırladaq ki, Q.Şükürovun adı mətbuatda qalmaqallı hadisələrdə hallanıb.

aia.az
Geri dön