Ana Sayfa > Karusel / Ölkə > Eldar Əzizov hava xəbərdarlığı ilə bağlı tapşırıq verdi

Eldar Əzizov hava xəbərdarlığı ilə bağlı tapşırıq verdi


4-10-2018, 10:49. Yazar: sevinc1
Eldar Əzizov hava xəbərdarlığı ilə bağlı tapşırıq verdi


Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) təsərrüfat strukturları gücləndirilmiş iş rejiminə keçib.

Bakı Şəhər İcra Hakimiyyətindən Modern.az-a daxil olan məlumata görə, bu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ESTN) hava xəbərdarlığı ilə bağlıdır.

İcra Hakimiyyətindən bildirilib ki, yarana biləcək fəsadların qarşısının alınması üçün rəhbərliyin göstərişilə hazırlıq görülür.



ESTN-nin məlumatına görə, havanın temperaturu 5-8 dərəcə aşağı düşəcək. Bakıda və Abşeron yarımadasında oktyabrın 5-i səhərdən 6-sı gündüzədək güclü şimal-qərb küləyi əsəcək. Arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında oktyabrın 5-i səhərdən 6-sı gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.

aia.az
Geri dön