Ana Sayfa > Karusel / Cəmiyyət > Bakıda 3 yaşlı qızı bazarda oğurlayıblar? - Polis uşağı tapdı/ FOTO

Bakıda 3 yaşlı qızı bazarda oğurlayıblar? - Polis uşağı tapdı/ FOTO


3-10-2018, 14:36. Yazar: sevinc1
Bakıda 3 yaşlı qızı bazarda oğurlayıblar? - Polis uşağı tapdı/ FOTO


Dünən Bakının Nizami rayonunda yerləşən 8-ci km bazarında azyaşlı uşaq itkin düşüb.

BakuPost xəbər verir ki, bu barədə uşağın valideynləri sosial şəbəkələrdə məlumat yayıblar. İddia ediblər ki, 3 yaşlı Maral Fuad qızı Muxtarovanı bazarda oğurlayıblar.

Faktla bağlı Nizami rayon Polis İdarəsinə və prokurorluğa müraciət edilib. Axtarışlardan sonra uşaq tapılıb.

aia.az
Geri dön