Ana Sayfa > Karusel / Gündəm > Səfər Əbiyev xaricə gedib? - AÇIQLAMA
Səfər Əbiyev xaricə gedib? - AÇIQLAMA3-10-2018, 11:36. Yazar: sevinc1 |
Sosial şəbəkələrdə eks-müdafiə naziri Səfər Əbiyevin səhhətində problem yarandığı və onun məhz bu səbəbdən müalicə üçün xarici ölkələrin birinə getdiyi bildirilib. Eks-nazirin dostları Modern.az-a bildiriblər ki, Səfər Əbiyevin səhhətində problemlərin yaranması ilə bağlı yayılan məlumatlar əsassızdır. Bildirilib ki, eks-nazir hazırda Bakı şəhərində yaşayır. “Onun səhhətində heç bir problem yoxdur. Səfər müəllim hazırda evində istirahət edir”. General-polkovnik Səfər Əbiyev 1992-1995-ci illərdə Müdafiə Nazirliyi Baş Qərargah rəisinin birinci müavini, Baş Qərargah rəisi-müdafiə nazirinin birinci müavini, müdafiə naziri vəzifəsinin icraçısı, müdafiə nazirinin müavini vəzifələrində çalışıb. 1995-ci il fevralın 5-dən 2013-cü il oktyabrın 22-dək Azərbaycan Respublikasının müdafiə naziri postunu tutub. aia.az Geri dön |