Ana Sayfa > Karusel / Siyasət > Yevda Abramov: “Oqtay Əsədovun təkcə gördüyü iş bir komitənin işinə dəyər”
Yevda Abramov: “Oqtay Əsədovun təkcə gördüyü iş bir komitənin işinə dəyər”3-10-2018, 11:33. Yazar: sevinc1 |
“Bəzən mətbuatda yazırlar ki, deputatlar ayda bir-iki dəfə yığışır, iş görmürlər. Amma biz çalışırıq. Məsələn, parlamentin İnsan hüquqları komitəsi hesabatını təqdim etdi. Özünüz də gördünüz ki, nə qədər iş görülüb. Təkcə Milli Məclisin sədri Oqtay Əsədovun gördüyü iş bir komitənin gördüyü işə dəyər. Bəzən bunu jurnalistlər görmürlər. Onlar elə bilirlər ki, ayda iki-üç dəfə parlamentin plenar iclasında otururuq, başqa işimiz yoxdur. İşimiz bundan ibarət deyil. Milli Məclisdə qanunverici bazanın təkmilləşdirilməsi istiqamətində böyük işlər görülür”. Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Yevda Abramov deyib. O qeyd edib ki, jurnalistlər Milli Məclis komitələrinin hesabatları ilə yaxından tanış olmalıdırlar: “O zaman həqiqəti biləcəklər. Mən öz işimlə bağlı danışıram. Daim seçicilərlə işləyirəm. Hərdən görürəm ki, Milli Məclisin qarşısına insanlar gəlib, onlardan soruşurlar ki, deputat Hadi Rəcəblinin qəbuluna gəlmisiniz? Deyirlər, yox, yəhudi deputatla görüşmək istəyirik. Bu, mənə də xoşdur, həm də o deməkdir ki, biz işləyirik”. aia.az Geri dön |