Ana Sayfa > Karusel / İqtisadiyyat > Gələn ilin dövlət büdcəsində neftin qiyməti bəlli olub

Gələn ilin dövlət büdcəsində neftin qiyməti bəlli olub


2-10-2018, 10:33. Yazar: sevinc1
Gələn ilin dövlət büdcəsində neftin qiyməti bəlli olub


Azərbaycan Respublikasının 2019-cu il üzrə dövlət büdcəsi layihəsində neftin qiyməti bəlli olub.

Modern.az-ın əldə etdiyi məlumata görə, 2019-cu ilin dövlət büdcəsi layihəsində neftin 1 barelinin qiymətinin 60 dollardan götürülməsi nəzərdə tutulur.

Qeyd edək ki, 2018-ci ilin dövlət büdcəsində neftin 1 barelinin qiyməti əvvəlcə 45 dollar səviyyəsində müəyyənləşdirilmişdi. Sonradan büdcəyə yenidən baxılanda neftin 1 barelinin qiyməti 55 dollara qaldırıldı.

Xatırladaq ki, Azərbaycan Respublikasının 2019-cu il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri ötən həftə Nazirlər Kabinetində müzakirə olunduqdan sonra Prezidentə təqdim olunub.

aia.az
Geri dön