Ana Sayfa > Cəmiyyət / Aia TV / Karusel > Qohumunu qətlə yetirən Şamaxı sakininin məhkəməsi başladı – FOTO

Qohumunu qətlə yetirən Şamaxı sakininin məhkəməsi başladı – FOTO


17-12-2015, 15:17. Yazar: admin

Mürşüdov Novruzovu köməksiz vəziyyətdə qoyaraq, hadisə yerindən qaçıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində Şamaxı rayon sakini Şahlar Mürşüdovun (1985-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Bu il avqustun 10-da Şamaxı şəhərində Şahlar Mürşüdov evində şəxsi münasibətlərin münaqişəsi zəminində qohumu, Ağsu rayon sakini İlkin Novruzova (1978-ci il təv.) bıçaqla xəsarət yetirib və onu köməksiz vəziyyətdə qoyaraq, hadisə yerindən qaçıb.

Daha sonra, o, “Mercedes” markalı avtomobilə əyləşib və Bakıya yollanıb, amma Baş Dövlət Yol Polisi İdarəsinin Qaradağ rayonu ərazisindəki postda saxlanılıb və Şamaxı RPŞ-nin əməkdaşlarına təhvil verilib.

Mərkəzi rayon xəstəxanasına yerləşdirilən İlkin Novruzov kəskin qanitirmədən dünyasını dəyişib. Həmin tarixdə rayon prokurorluğunda cinayət işi başlanıb və tutulan şəxs barəsində həbs-qətimkan tədbiri seçilib.

Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və məhkəmənin tərkibi elan edilib.

İş üzrə məhkəmə baxışı dekabrın 24-nə təyin olunub.






Geri dön