Ana Sayfa > Karusel / Cəmiyyət > Sarayda oğru həyətə girdi - Anbaan VİDEO

Sarayda oğru həyətə girdi - Anbaan VİDEO


1-10-2018, 10:56. Yazar: sevinc1
Sarayda oğru həyətə girdi - Anbaan VİDEO



Sosial şəbəkələrdə bir oğrunun həyət evinə girmə anının görüntüləri yayılıb.

aia.az Faktxəbər-ə istinadən xəbər verir ki, hadisə Abşeron rayonunun Saray qəsəbəsində qeydə alınıb.

Görüntülərdə əvvəlcə küçədə var-gəl edən oğrunun bir qədər sonra hasardan aşaraq həyətə daxil olduğu, orada müəyyən qədər gözlədikdən sonra isə evə yaxınlaşdığı görünür. Amma o, burada qəfildən kameranı görür və üzünü əli ilə örtməyə çalışır. Daha sonra isə başqa tərəfdən evə daxil olmağa çalışır.

Oğru həyətdən çıxarkən əlində olanı dişi ilə tutur və hasarın üstünə qalxır.

aia.az


Geri dön