Ana Sayfa > Gündəm / Aia TV / Karusel > Neft quyularında yanğın belə söndürüldü – VİDEO

Neft quyularında yanğın belə söndürüldü – VİDEO


17-12-2015, 14:59. Yazar: admin

FHN məlumat yaydı.

Fövqəladə Hallar Nazirliyi (FHN) “Günəşli” neft yatağında yerləşən 10 saylı dərin dəniz özülündə dekabrın 4-də baş vermiş qəza nəticəsində yaranan yanğının söndürülməsi istiqamətində gördüyü işlərlə bağlı videogörüntü yayıb.

Nazirlikdən Oxu.Az-a bildirilib ki, özüldə yanan qaz quyularının yaxın zamanda söndürülməsi təmin ediləcək.

Qeyd edək ki, dekabr 10-dan etibarən özüldə yanğınsöndürmə əməliyyatını həyata keçirən nazirliyin “Vixr-5” və “Vixr-8” gəmilərindən hər gün tərkibinə təcrübəli yanğınsöndürənlərin daxil olduğu 2 manqa xüsusi yanğınsöndürmə avadanlığı və mühafizə vasitələri ilə özülə desant edilir.

Özülə desant edilən qruplar yanan quyular ətrafında SOCAR tərəfindən qəza-bərpa işlərini aparan işçilərin təhlükəsizliyini, təhlükə zamanı onların mühafizəsini təmin etməklə yanaşı, eyni zamanda, yanğının söndürülməsi işlərini həyata keçirirlər.

Yanğınsöndürənlərin gərgin səyləri nəticəsində dekabrın 15-də neft quyularının birində yanğını söndürmək mümkün olub.

Yanğınsöndürmə əməliyyatının fasiləsiz və yüksək peşəkarlıqla həyata keçirilməsini təmin etmək məqsədilə dekabr 15-dən nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin təcrübəli yanğınsöndürənlərindən təşkil edilmiş 11 nəfərdən ibarət qrup 10-cu özülə desant edilib. Bu gün saat 13:00 radələrində ikinci neft quyusunda da yanğın söndürülüb.

Geri dön