Ana Sayfa > Dünya > Britaniyada gecə klubunda naməlum maddə 40 nəfəri ZƏHƏRLƏDİ
Britaniyada gecə klubunda naməlum maddə 40 nəfəri ZƏHƏRLƏDİ29-09-2018, 12:07. Yazar: sevinc1 |
Britaniyanın Bornut şəhərindəki “Cameo” gecə klubunda naməlum maddənin səpilməsi nəticəsində 40-a yaxın insan zərər çəkib. Modern.az “Daily Mirror” nəşrinə istinadən xəbər verir ki, zərərçəkənlər nəfəs problemləri, öskürək və gözlərdə yanğıdan şikayət ediblər. Hüquq-mühafizə orqanları klubda səpilən maddənin “Siren” qazı ola biləcəyindən şübhələnir. Ərazidə olan bütün şəxslər təcili şəkildə təxliyə edilib. Klubda olan insanların dəqiq sayı açıqlanmır, amma həmin gecə klubda 3 minə yaxın biletin satıldığı bildirilib. Hadisə yerində işləyən mütəxəssislər kimyəvi zəhərlənmə və ya toksik hər hansı bir təhlükə aşkarlamayıb. aia.az Geri dön |