Ana Sayfa > Gündəm / Parlament / Aia TV / Karusel > "Günəşli" platformasında yanğın söndürülüb (RƏSMİ)
"Günəşli" platformasında yanğın söndürülüb (RƏSMİ)17-12-2015, 13:49. Yazar: admin |
"Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündəki qəza nəticəsində yanan neft quyularında yanğın tamamilə söndürülüb. BAKU.WS məlumat verir ki, bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev bildirib. O qeyd edib ki, bununla dənizə neft dağılmalarına görə yarana biləcək ekoloji fəlakətin qarşısı tamamilə alınıb. N.Quliyevin sözlərinə görə, platformadakı yanan qaz quyularında isə yanğın söndürülmək üzrədir: "Biz yanğını ən qısa zamanda söndürməyə çalışırıq. Yanğın söndürüldükdən sonra platformada rekonstruksiya işləri aparılacaq. Bundan sonra quyular yenidən istismara veriləcək" - o, əlavə edib. Xatırladaq ki, dekabrın 4-də güclü tufan nəticəsində "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və yanğın baş verib. Geri dön |