Ana Sayfa > Gündəm > İcra Hakimiyyətinin işçisi vəzifəsindən azad edildi
İcra Hakimiyyətinin işçisi vəzifəsindən azad edildi28-09-2018, 17:03. Yazar: sevinc1 |
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbə nümayəndəsi İbrahimov İbad İsmayıl oğlu vəzifəsindən azad olunub. aia.az Report-a istinadən xəbər verir ki, bununla bağlı rayon icra hakimiyyətinin başçısı Elxan Allahverdiyev əmr imzalayıb. Həmin vəzifəyə Cümşüdov İntiqam Şirin oğlu təyin edilib. Xatırladaq ki, iyunun 6-da Prezident İlham Əliyevin sərəncamı ilə Elxan Allahverdiyev Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. E.Allahverdiyevdən öncə icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov idi. aia.az Geri dön |