Ana Sayfa > Karusel / Parlament > Bakıda 29 yaşlı gənc girov götürüldü - 5 min istəyirlər
Bakıda 29 yaşlı gənc girov götürüldü - 5 min istəyirlər28-09-2018, 15:17. Yazar: sevinc1 |
Bakı sakini oğlunun girov götürülməsi ilə bağlı polisə müraciət edib. aia.az Publika.az-a istinadən xəbər verir ki, Nizami rayon Polis İdarəsinə müraciət edən Gülşən Qəribova Naxçıvanski küçəsində yaşadığını və oğlu, 1989-cu il təvəllüdlü Anarın sentyabrın 22-dən itkin düşdüyünü bildirib. Qadın şikayət ərizəsində qeyd edib ki, ayın 22-də oğlu Habil və İxtiyar adlı tanışları ilə Gürcüstana getmək adı ilə evdən çıxıb. Lakin o, bir müddət Anardan xəbər ala bilməyib. Nəhayət, sentyabrın 27-də Habil adlı şəxs Gülşən Qəribovaya zəng edərək oğlunu girov saxladıqlarını bildirib. Həmin şəxs Anarın azad edilməsi üçün 5 min manat tələb edib. Müraciət əsasında polis tərəfindən araşdırmalara başlanılıb. aia.az Geri dön |