Ana Sayfa > Təhsil > “Qırıl”, “ala”, “dibil” sözləri dərslikdən çıxarıldı - Nazirlikdən etirazlara cavab

“Qırıl”, “ala”, “dibil” sözləri dərslikdən çıxarıldı - Nazirlikdən etirazlara cavab


28-09-2018, 15:16. Yazar: sevinc1
“Qırıl”, “ala”, “dibil” sözləri dərslikdən çıxarıldı - Nazirlikdən etirazlara cavab


Azərbaycanda 8-ci sinif Azərbaycan dili dərsliyində vulqar ifadələrin işləndiyi mətn üzərində dəyişiklik edilib.

Bu barədə BakuPost-un sorğusuna cavab olaraq Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, dəyişiklik dərslinin yeni nəşr edilən variantlarında tətbiq edilib.

"Dilçilərin iştirakı ilə qeyd edilən məsələ geniş müzakirə olunub və dərslikdəki mətnin problemli olmadığı bildirilib. Aparılan müzakirələrdə, verilən müxtəlif açıqlamalarda dilçilər və pedaqoqlar bildiriblər ki, şagirdlər dildə vulqarizmin olduğunu da bilməlidirlər. Dərslikdə vulqar ifadələrin yerləşdirilməsində məqsəd isə şagirdlərin tərbiyəsini pozmaq və yaxud qeyri-etik ifadələr öyrətmək deyil, belə sözləri başqa ifadələrdən fərqləndirməyi bacarmağı şagirdlərə aşılamaqdır. Burada şagirdlərə nəyinsə təbliğ edilməsindən söhbət gedə bilməz.

Bununla yanaşı onu da bildiririk ki, məsələnin elmi müstəvidən, şagirdə verə biləcəyi faydadan çox digər müstəvilərdə izah edilmə cəhdlərinin qarşısının alınması məqsədilə dərsliyin yeni nəşr edilən variantlarında qeyd edilən mətn üzərində dəyişiklik edilib”.

Qeyd edək ki, 8-ci sinif Azərbaycan dili dərsliyində "nadayet eləmə”, "qırıl”, "dibil" və s. kimi vulqar ifadələrin işləndiyi mətnin olması narazılığa səbəb olub. Kazım Əliyev adlı valideyn övladının kitabdan öyrəndiyi bu kimi ifadələri evdə də işlətdiyini, irad bildirdikdə isə kitabdan oxuduğunu söylədiyini deyib.

aia.az


Geri dön