Ana Sayfa > Karusel / Siyasət > XİN-dən Teokarusun Qarabağa qanunsuz səfərinə REAKSİYA

XİN-dən Teokarusun Qarabağa qanunsuz səfərinə REAKSİYA


28-09-2018, 15:12. Yazar: sevinc1
XİN-dən Teokarusun Qarabağa qanunsuz səfərinə REAKSİYA


Azərbaycan XİN erməni mətbuatında yayılmış, Avropa Parlamentinin üzvü Eleni Teokarusun cari ilin 27 sentyabr tarixində işğal olunmuş Dağlıq Qarabağa qanunsuz səfəri ilə bağlı açıqlama yayıb.

XİN-dən aia.az-a verilən məlumata görə, açıqlamada deyilir:

"Avropa Parlamentinin Kipr Respublikasından olan üzvü Eleni Teokarusun adı ölkəmizin ərazisinə girişi qadağan olunan şəxslər siyahısındadır və ona qarşı Azərbaycan Baş Prokurorluğu tərəfindən AR Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi açılıb. Ermənistan və erməni lobbisinin təsiri altında fəaliyyət göstərən bu şəxs, Ermənistan hakim dairələrinin işğalçı siyasətinə haqq qazandırmaq və onların təcavüzkar siyasətini təşviq etmək mövqeyini sərgiləyir".

aia.az
Geri dön