Ana Sayfa > Ölkə > Sakinlərə şad xəbər: yeni marşrut xətti açıldı

Sakinlərə şad xəbər: yeni marşrut xətti açıldı


27-09-2018, 17:15. Yazar: sevinc1
Sakinlərə şad xəbər: yeni marşrut xətti açıldı



Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınan “Qobu Park” yaşayış kompleksi sakinlərinin ictimai nəqliyyat xidmətlərindən istifadəsini təmin etmək məqsədi ilə 194 nömrəli müntəzəm marşrut xətti təşkil edilib.

Bakı Nəqliyyat Agentliyindən aia.az-a verilən məlumata görə, bu marşrut xətti vasitəsilə avtobuslar başlanğıc nöqtəsi Milli Onkologiya Mərkəzinin yaxınlığındakı dayanacaq məntəqəsi olmaqla, “Qobu Park” yaşayış kompleksi istiqamətində sərnişinlərin daşınmasını həyata keçirəcək.

Yeni marşrut xətti üzrə avtobuslar sentyabrın 29-dan test rejimində fəaliyyət göstərəcək.

aia.az
Geri dön