Ana Sayfa > Təhsil > ATU ilə “Medi Club” arasında əməkdaşlıq müqaviləsi imzalandı
ATU ilə “Medi Club” arasında əməkdaşlıq müqaviləsi imzalandı27-09-2018, 15:44. Yazar: sevinc1 |
ATU tələbələrinə əlavə təqaüd veriləcək Azərbaycan Tibb Universitetinin 10 tələbəsi əlavə aylıq təqaüdlə təmin olunacaq. Universitetin tələbə və rezidentləri pulsuz təlimlərdə iştirak etmək imkanı qazanacaqlar. Bunlar Azərbaycan Tibb Universiteti (ATU) ilə Tibbi Servis şirkəti “Medi Club” MMM arasında əməkdaşlıq müqaviləsində nəzərdə tutulub. Müqavilə bu gün ATU-nun rektoru,professor Gəray Gəraybəyli ilə “Medi Club”-ın baş direktoru Sabir Adnayev arasında görüş zamanı imzalanıb. Görüşdə müqavilənin şərtləri ətraflı müzakirə olunub və konkret bəndlərlə bağlı razılıq əldə olunub. Müqaviləyə əsasən, “Medi Club” MMM ATU-nun 10 tələbəsinə aylıq 150 manat məbləğində təqaüd ödəyəcək. Bundan əlavə, ATU-nun hər ixtisas üzrə bir rezidentinin kompüter tomoqrafiyası, poliklinik terapiya, pediatriya və təcili yardım üzrə rotasiya tsikllərini keçməsi üçün öz kliniki bazasını təqdim edəcək. Tibbi Servis şirkəti həmçinin 12 nəfərdən ibarət tələbə və rezidentlərdən ibarət qruplar üçün pulsuz BLS və ACLS təlimlərinin təşkil edəcək. Bundan əlavə, müqavilədə tələbələrin şirkətin bazasında ödənişsiz staj keçməsi və müştərək elmi işlər aparılması da nəzərdə tutulub. aia.az Geri dön |