Ana Sayfa > Təhsil > Azərbaycan məktəblərində rus dilində təhsil alan şagirdlərin sayı AÇIQLANDI

Azərbaycan məktəblərində rus dilində təhsil alan şagirdlərin sayı AÇIQLANDI


27-09-2018, 11:58. Yazar: sevinc1
Azərbaycan məktəblərində rus dilində təhsil alan şagirdlərin sayı AÇIQLANDI




Azərbaycanda rusdilli təhsilə dövlət səviyyəsində diqqət yetirilir.



Modern.az-ın məlumatına görə, bunu IX Azərbaycan-Rusiya Regionlararası Forumu zamanı Azərbaycan təhsil nazirinin müavini Firudin Qurbanov deyib.



O bildirib: "Azərbaycanda 342 məktəbdə 120 mindən çox şagird rus dilində təhsil alır, onlardan 16-da dərslər yalnız rus dilində keçir. Universitetlərdə isə 20 min tələbə təhsilini rusca alır".



Nazir müavini bildirib ki, Rusiyanın təhsil müəssələrində də Azərbaycan dili və ədəbiyyatı fənni tədris olunur:



“Moskva Dövlət Lingvistik Universitetində 2005-ci ildən Azərbaycan dilli mərkəz fəaliyyət göstərir. Ali məktəblər arasında əməkdaşlıq çox yüksək səviyyədədir”.



aia.az
Geri dön