Ana Sayfa > Manşet / Karusel > BİRDƏN SERJANT SÜLEYMAN SULTAN SÜLEYMAN KİMİ YAŞAMAQ İSTƏSƏ...

BİRDƏN SERJANT SÜLEYMAN SULTAN SÜLEYMAN KİMİ YAŞAMAQ İSTƏSƏ...


17-12-2015, 12:10. Yazar: admin

“YUXARI”DAN SABUNÇU RPİ-NİN DYPB-NİN ƏMƏKDAŞI SÜLEYMANOVDAN “POBOLŞE” CƏRİMƏ PROTOKOLU TƏLƏB EDƏN KİMDİR?

Dəfələrlə olub ki, Dövlət Yol Polisi İdarəsi vətəndaşlardan etik davranış qaydalarını pozan polis əməkdaşları barədə məlumat verilməsini istəyib. İdarə rəsmiləri bildiriblər ki, daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksində polisin vətəndaşlarla davranış, onlarla ünsiyyət qaydaları müəyyənləşdirilib. Kodeksə əməl etmək hər bir yol polisi əməkdaşının vəzifə borcudur. Yol polisi əməkdaşları arasında kodeksin tələblərinə əməl etməyən şəxslərin olduğunu idarə rəsmilkəri də etiraf ediblər. Bu səbəbdən bu il ərzində 100-dən artıq yol polisi əməkdaşı intizam məsuliyyətinə cəlb olunub.

Hesab edirik ki, ilin sonuna qalan sayılı günlərdə Bakının Sabunçu rayon Polis İdarəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşı polis serjantı Süleyman Süleymanovun da barəsində ciddi tədbir görülməlidir.

Məlum olduğu kimi, "Yol Patrul Xidməti haqqında" təlimatın tələbinə görə, müfəttiş hərəkətin digər iştirakçılarına qarşı ədəb və nəzakətlə rəftar etməli, onlarla ünsiyyətdə insanın şərəf və ləyaqətini alçaldan hərəkətlərə və sözlərə yol verməməlidir. O, hərəkət iştirakçılarına "siz", "cənab (xanım) sürücü (piyada və s.)" və "vətəndaş" deyərək müraciət etməlidir. Sülüymanovun “əməl dəftəri”ndə belə qabiliyyətli səhifələr” yoxdur. Həmin əməkdaş çoxdan nəzarətə götürülməli, intizam qaydasında cəzalandırılmalı, hətta daxili işlər orqanlarından xaric olunmalıydı. Axı təcrübədə belə hallar az olmayıb.

Redaksiyamıza müraciət edən vətəndaş Bəxtiyar Əliyev adı çəkilən DYP əməkdaşının ona qarşı kobud rəftarından, rüşvət tələbindən şikayətlənir: “99-YP-261 “ dövlət nömrə nişanlı ekipajın üzvü Süleymanov məndən qayda pozuntusuna yol verdiyimə görə cərimə protokolu yazmamağı müqabilində cərimənin bir hissəsi qədər rüşvət istədi. O hətta xidmət etdiyi sahədə guya mövcud olan yazılmamış qanunları da açıqladı. Dedi ki, “yuxarı”dan bizə göstəriş var, acımızdan ölmək istəmiriksə, mümkün qədər çox cərimə yazmalıyıq. Mənə sual verdi ki, “sənə güzəşt edib öz ailəmi acından öldürməliyəmmi”.

Bəllidir ki, DYP sistemində “yuxarı” deyəndə birinci olaraq DİN-nin BDYPİ-nin rəisi general Ramiz Zaeynalov başa düşülür. Bu haldsa Süleymanovun sözləri məhz hörmətli generala ünvanlanmış olur ki, bununla da razılaşmaq olmaz. O da məlumdur ki, yazılmış cərimələrin müəyyən faizi yol polisi əməkdaşlarının məvaciblərinə əlavə olunur. Bu qayda əslində sistem daxilində korrupsiyanın qarşısını almaq üçün YPX əməkdaşları yol hərəkəti qaydalarını pozan hərəkət iştirakçılarından rüşvət istəməsinlər və bunun qarşılığında göz yummasınlar. Qəribədir, Süleymanovun sözlərindən belə çıxır ki, rəhbərlik onlardan qeydə aldıqları qayda pozuntularının sayı və təhlükəlilik dərəcəsi qədər deyil, məhz onların yüksək rifah səviyyəsini təmin edəcək qədər cərimə yazmağı tələb edir. Bu isə yol polisi əməkdaşlarını qanunsuzluğa əl atmağa vadar edə bilər. Axı heç də hər polis işçisinin “rifah səviyyəsi” barədə təsəvvürü eyni deyil. Bu yerdə məşhur rus aktyoru Yuri Nikulinin “Qafqaz əsiri” bədii filmində işlətdiyi sözlər yada düşür: “Yaşamaq gözəldir. Yaxşı yaşamaq isə daha gözəldir”. Birdən Süleymanov sadəcə yaşamaq deyil, daha yaxşı yaşamaq istəsə, onda necə? Qayda pozanların sayı onu qane etməsə?

Cərimələrin, onlardan özünə çatan faiz məbləğinin “optimal” kəmiyyətə çatması üçün vicdanlı hərəkət iştirakçılarınıdamı cəzalandırmalıdır?

Bu suallarla müraciət etmək üçün RPİ-nin “növbətçi hissə”yə zəng vuraraq danışmaq istədiyimiz istədiyimiz Sabunçu DYPB-nin məsul işçiləri də məsələyə münasibət bildirməkdən çəkindilər.

Daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksində qeyd olunur ki, polis əməkdaşı dövlət hakimiyyəti nümayəndəsi olaraq sağlam düşüncəyə və aydın mövqeyə malik olmalı, insanlara ədalətli, humanist, alicənab və mədəni münasibət bəsləməli, qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda onlardan imtina etməlidir. Görünür, Sultan Süleyman kimi yaşamaq istəyən serjant Süleymanov üçün bu məhdudiyyətli, mötədil həyat tərzi cansıxıcıdır.
Tahir:
Geri dön