Ana Sayfa > Gündəm > Azərbaycanda dəfnə icazə verilməyən ərazilərdə ölü basdıranlar cərimələnəcəklər

Azərbaycanda dəfnə icazə verilməyən ərazilərdə ölü basdıranlar cərimələnəcəklər


26-09-2018, 15:23. Yazar: sevinc1
Azərbaycanda dəfnə icazə verilməyən ərazilərdə ölü basdıranlar cərimələnəcəklər


Azərbaycanda dəfnə icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsinə görə cəza nəzərdə tutulub.



Modern.az-ın məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.



Belə ki, Məcəlləyə yeni 516-1 (Qəbiristanlıqların idarə olunması qaydaları haqqında qanunvericiliyin pozulması) maddəsi əlavə olunur.


Yeni maddəyə əsasən, dəfn barədə məlumatın dəfnlərin vahid reyestrində yerləşdirilməməsinə və ya vaxtında yerləşdirilməməsinə görə vəzifəli şəxslər 100 manatdan 300 manatadək məbləğdə cərimə edilirlər.



Qəbir yerlərinin rezervasiyası tələblərinin pozulması, dəfnə icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsinə görə 500 manatdan 1000 manatadək məbləğdə cərimə tətbiq edilir.



İnzibati Xətalar Məcəlləsinə dəyişiklik Milli Məclisin oktyabrın 1-i və 5-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.

aia.az
Geri dön