Ana Sayfa > İdman > Elmar Qasımov gürcü rəqibinə uduzdu - Dünya çempionatı ilə vidalaşdı/ YENİLƏNİB

Elmar Qasımov gürcü rəqibinə uduzdu - Dünya çempionatı ilə vidalaşdı/ YENİLƏNİB


25-09-2018, 11:49. Yazar: sevinc1
Elmar Qasımov gürcü rəqibinə uduzdu - Dünya çempionatı ilə vidalaşdı/ YENİLƏNİB


Cüdoçumuz Elmar Qasımov səkkizdəbir finalda gürcüstanlı Varlam Lipartelianiyə məğlub olub.

BakuPost xəbər verir ki, o, bununla da dünya çempionatında mübarizəni dayandırıb.

***
11:21

Azərbaycan cüdoçusu Elmar Qasımov Bakıda keçirilən dünya çempionatına qələbə ilə başlayıb.

BakuPost-un məlumatına görə, 100 kq çəki dərəcəsindəki 28 yaşlı idmançı 1/32 finala təsadüf edən ilk görüşündə isveçli Martin Paçekə 41 saniyəyə ipponla qalib gəlib.

1/16 final görüşünə də çıxan E. Qasımov qələbə qazanıb. 100 kq çəki dərəcəsində rəqib monteneqrolu Danilo Pantiç olub. Qasımov 1 dəqiqə 58 saniyəyə ipponla qalib gəlib. 1/8 finalda o, Gürcüstan təmsilçisi Varlam Liparteliani ilə qarşılaşacaq.

aia.az
Geri dön