Ana Sayfa > Cəmiyyət / Aia TV / Karusel > Bakıda məktəbəqədər kurs mərkəzində yanğın

Bakıda məktəbəqədər kurs mərkəzində yanğın


16-12-2015, 23:15. Yazar: admin

FHN məlumat yaydı.

Paytaxtda məktəbəqədər kurs mərkəzində yanğın olub.

Aia.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Səbail rayonunda üçmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan məktəbəqədər kurs mərkəzində dəhlizin taxtadan ibarət arakəsmə divarı 2 kv.m sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Geri dön