Ana Sayfa > Siyasət > Parlamentin payız sessiyasının qanunvericilik işlər planına bu məsələlər daxil edildi - SİYAHI
Parlamentin payız sessiyasının qanunvericilik işlər planına bu məsələlər daxil edildi - SİYAHI25-09-2018, 11:08. Yazar: sevinc1 |
Milli Məclisin 2018-ci ilin payız sessiyasında qanunvericilik işlər planı bəlli olub. Modern.az-ın məlumatına görə, 2018-ci il payız sessiyasının işlər planına aşağıdakı məsələlər daxildir: Azərbaycan Respublikası Prezidentinin, Milli Məclisin deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin təqdim etdiyi qanun layihələri; 2. "Azərbaycan Respublikasnının Dövlət bayrağı haqqında; 3. "Azərbaycan Respublikasının Dövlət gerbi haqqında"; 4. "Azərbaycan Respublikasının Dövlət himni haqqında" ; 5. “Konstitutsiya qanunu layihələri; 6. "Standartlaşdırma haqqında"; 7. "Kabel şəbəkəsi haqqında" ; 8. "Kinematoqrafiya haqqında"; 9. "Azərbaycan muğam səntinin qorunması və inkişaf etdirilməsi haqqında” ; 10. "Yazılı abidələr haqqında" ; 11. "Turizm haqqında"; 12. "Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında" ; 13. "Psixoloji yardım haqqında"; 14. "Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında"; 15. "Ümumi təhsil haqqında" yeni qanun layihələri. Bundan əlavə, işlər planına Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi ilə bağlı layihələr daxil edilib. Milli Məclisin 2018-ci il payız sessiyasının işlər planı təsdiqlənməsi üçün parlamentin oktyabrın 1-i və 5-də keçiriləcək iclasının gündəliyinə daxil edilib. aia.az Geri dön |