Ana Sayfa > Təhsil > Bakı İslam Universiteti bağlanır - Yenilənib

Bakı İslam Universiteti bağlanır - Yenilənib


24-09-2018, 14:49. Yazar: sevinc1
Bakı İslam Universiteti bağlanır - Yenilənib




Bakı İslam Universiteti fəaliyyətini dayandırır.

AzVision.az-ın əldə etdiyi məlumata görə, universitetin tələbələri Azərbaycan İlhahiyyat İnstitutuna köçürülür.

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova açıqlamasında məlumatı təsdiqləyib.

QMİ rəsmisi bildirib ki, yalnız birinci kurs tələbələrinin köçürülməsi nəzərdə tutulub: "Digər kurslarda oxuyan tələbələr təhsillərini davam etdirəcəklər. Bu qərarın qəbul olunması İlahiyyat İnstitutunun yaradılması ilə əlaqədardır. Tərəfimizdən qərar qəbul olunub ki, paralel fakültələr üzrə təhsil alan tələbələr həmin ali təhsil müəssisəsinə köçürülsün. Eyni zamanda İlahiyyat İnstitutunda həmin ixtisaslar üzrə pulsuz tələbə qəbulu həyata keçirilir”.

R.Dadaşovanın sözlərinə görə, artıq həmin tələbələrin yerləşdirilməsi haqqında müvafiq iş aparılıb.

Qeyd edək ki, Bakı İslam Universitetinin təsisçisi Qafqaz Müsəlmanları İdarəsidir.

aia.az
Geri dön