Ana Sayfa > Manşet / Parlament > Bakıda 10-dan çox maşının üzərinə hasar aşıb - FOTO
Bakıda 10-dan çox maşının üzərinə hasar aşıb - FOTO24-09-2018, 11:09. Yazar: sevinc1 |
![]() Ötən gün Bakıya yağan güclü leysan bir sıra fəsadlar yaradıb. AzVision.az xəbər verir ki, paytaxtın müxtəlif yerlərində yağış sularının yuduğu hasarlar bir neçə maşının üzərinə aşıb. Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında hasarın uçması nəticəsində 6 avtomobil əzilib ki, onlardan 4-ü tamamilə yararsız vəziyyətə düşüb. ![]() Yasamal rayonun digər bir ərazisində baş verən hasar uçqunu nəticəsində isə 3 avtomobilə ziyan dəyib. ![]() Nəsimi rayonu, 3-cü mikrorayon adlanan ərazidə də daş hasar maşının üzərinə aşıb. Hadisə Alı Mustafayev küçəsində baş verib. Nəticədə "Priora" markalı avtomobilə ciddi ziyan dəyib. ![]() Bundan başqa paytaxtın İzmir küçəsində hasar maşının üzərinə düşüb. Ümumilikdə ötən gün 10-dan çox avtomobil üzərinə hasar aşması nəticəsində yararsız vəziyyətə düşüb. aia.az Geri dön |