Ana Sayfa > Manşet / Siyasət > Xarici işlər nazirlərinin həmsədrlərlə görüş vaxtı dəqiqləşdi

Xarici işlər nazirlərinin həmsədrlərlə görüş vaxtı dəqiqləşdi


24-09-2018, 09:24. Yazar: sevinc1
Xarici işlər nazirlərinin həmsədrlərlə görüş vaxtı dəqiqləşdi



BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak edən Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikası xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Əndrü Sxofer – ABŞ) vasitəçiliyi ilə bu ilin 26 sentyabr tarixində Nyu-Yorkda görüş keçiriləcək.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə,görüşdə ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edəcək.

Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.

aia.az
Geri dön