Ana Sayfa > Gündəm / Manşet / Karusel > Bu qəzet rəsmən ləğv olundu
Bu qəzet rəsmən ləğv olundu16-12-2015, 11:53. Yazar: admin |
Azərbaycanda tanınmış qəzetlərdən biri rəsmən ləğv olunduğunu elan edib APA-nın məlumatına görə, "Paritet" qəzetinin redaksiyasının ləğv olunduğu barədə qərar rəsmi qəzetdə dərc olunub. Qeyd edək ki, “Paritet” qəzeti 1999-cu ilin avqust ayının 17-də yaradılıb, həftədə 3 dəfə işıq üzü görüb. Qəzet fəaliyyətini faktiki olaraq 2012-ci il dekabrın 20-də dayandırıb. Həmin vaxt qəzetin baş redaktoru Cəmaləddin Quliyev bildirmişdi ki, qəzet fəaliyyətini müvəqqəti dayandırır, bu barədə qərarı təsisçi qəbul edib. C. Quliyev təsisçinin bu qərarının texniki-maddi problemlərlə əlaqədar olduğunu bildirmişdi. Geri dön |