Ana Sayfa > Cəmiyyət > Kürdəmirdə qətl - Kişi həmyerlisini güllələdi

Kürdəmirdə qətl - Kişi həmyerlisini güllələdi


19-09-2018, 16:34. Yazar: sevinc1
Kürdəmirdə qətl - Kişi həmyerlisini güllələdi


Sentyabrın 18-də Kürdəmir şəhərinin C.Cabbarlı küçəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Mübariz Əhmədov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmyerlisi Elsevər Məmmədova xəsarət yetirib hadisə yerini tərk edib.

aia.az DİN-in saytına istinadən xəbər verir ki, xəstəxanaya yerləşdirilmiş E.Məmmədov ölüb.

Kürdəmir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Əhmədov saxlanılmış və ondan cinayətdə istifadə etdiyi "Girsan” markalı ov tüfəngi götürülüb.

aia.az
Geri dön