Ana Sayfa > Parlament > Məcburi köçkün özünü çaxır zavodunun həyətində asdı
Məcburi köçkün özünü çaxır zavodunun həyətində asdı19-09-2018, 13:59. Yazar: sevinc1 |
Daşkəsən rayonunda 51 yaşlı kişi intihar edib. aia.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Bayan kəndindəki çaxır zavodunun ərazisində qeydə alınıb. Orada məskunlaşan Kəlbəcərdən olan məcburi köçkün, 1967-ci il təvəllüdlü Kərimov Mübariz Musa oğlu özünü asaraq intihar edib. İntiharın dəqiq səbəbi hələ məlum deyil. Faktla bağlı Daşkəsən rayon Prokurorluğunda araşdırma aparılır. aia.az Geri dön |