Ana Sayfa > Manşet / Gündəm > “Zəncir vurmaq, qan çıxarmaq sonradan uydurulmuş hərəkətlərdir”

“Zəncir vurmaq, qan çıxarmaq sonradan uydurulmuş hərəkətlərdir”


18-09-2018, 15:06. Yazar: sevinc1
“Zəncir vurmaq, qan çıxarmaq sonradan uydurulmuş hərəkətlərdir”


"Məhərrəm ayı və Aşura mərasimləri məscidlərdə və Qafqaz Müsəlmanları İdarəsinin fətvasına uyğun, qanun çərçivəsində, fətvada irəli sürülən tövsiyələrə riayət olunmaqla keçirilməlidir”.

aia.az Report-a istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, bu il də Məhərrəmlik mərasimlərinin Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvasına uyğun keçirilməsi, qanvermə aksiyasının təşkil edilməsi planlaşdırılıb: "Yəni zəncir vurmaq, qan çıxarmaq, özünə xətər yetirmək kimi əməllər qəbul edilən deyil və bunlar sonradan meydana çıxan, uydurulmuş hərəkətlərdir. Biz də bu əməllərin əleyhinəyik. Qafqaz Müsəlmanları İdarəsi də bu cür çağırışlar edir”.

aia.az
Geri dön